Salomon Kalu "Qalatasaray"a gəlir?

Salomon Kalu "Qalatasaray"a gəlir?

Həm İngiltərə, həm də qardaş Türkiyə mətbuatı, daha bir ulduz futbolçunun adını İstanbulun "Qalatasaray" klubu ilə hallandırmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, türkiyəli və ingiltərəli həmkarlarımız, "Çelsi"nin fildişi sahillərindən olan futbolçusu Salomon Kalunun "cim-bom"ın transfer siyahısında yer alıdğını və bu transferin mövsüm bitən kimi reallaşacağını yazırlar. Onların yazdığına görə, baş məşqçi Fatih Terim də S.Kalunun transferində maraqlıdır. Bu futbolçunun sürətli və texnikalı futbola sahib olması "imperator"u da razı salır. Mətbuat yazır ki, artıq futbolçunun meneceri Roger Linse ilə görüşən "Qalatasaray" təmsilçiləri də futbolçuya ilinə 4 milyon avro təklif ediblər. Məlumata əsasən futbolçu ilə danışıqlar aparmaq üçün "Qalatasaray"lı həmyerlisi Emmanuel Eboue də transfer prosesinə vasitəçi kimi cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə