“Novruz-2012” beynəlxalq turnirində 2-ci turun oyunları başa çatıb

“Novruz-2012” beynəlxalq turnirində 2-ci turun oyunları başa çatıb

Qırğızıstanın Bişkek şəhərində basketbol üzrə "Novruz-2012" beynəlxalq turnirində 2-ci turun oyunları başa çatıb. Siasport.az idman portalının verdiyi xəbərə görə, Azərbaycan yığması Qazaxıstanın "MOİK" klubuna 86:69 hesabı ilə qalib gəlsə də, ilk pilləni ələ keçirə bilməyib. Komandamızı top fərqinə görə Rusiyanın "Urfu" klubu qabaqlayıb.

"Urfu" bu dəfə Özbəkistan yığmasına qalib gəlib – 83:59. Turnirin digər matçında isə ilk turda basketbolçularımıza uduzan ABŞ-ın "AİA" komandası Qırğızıstan millisini məğlub edib (85:76) və üçüncü pilləyə yüksəlib.

Qeyd edək ki, üçüncü oyun günündə baş məşqçi Elxan Əliyevin yetirmələri Özbəkistan yığması ilə qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə