16 yaşa qədər futbolçulardan ibarət U-16 komandaları arasında Liqa oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, XVIII tur çərçivəsində 5 görüş keçirilib. Qeyd edək ki, qarşılaşmalarda nəticələr aşağıdakı kimi olub:
"MKT-Araz" – "Neftçi" 1:7
"Gənclik" – "Rəvan" 0:1
"Lokomotiv" – "Vətən" 6:0
"İnter" – "Xəzər Lənkəran" 5:1
"Qarabağ" – "Bakı" 0:2
Məlumat üçün bildirək ki, turun son matçı bu gün "Qəbələ" – "Turan" arasında olacaq. Qarşılaşma Saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Onu da əlavə edək ki, görüş Süleymanov Namiq, Kərimov Məmmədəli, Məlikov Kənan, Vüsal Əliyevin hakimliyi ilə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB