Xəbər verdiyimiz kimi "Qəbələ"nin U-15 klomandası Ukraynanın Donetsk şəhərində təlim-məşqlərini prosesini davam etdirir. Siasport.az saytının məlumatına görə, klubun 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Qeyd edək ki, "Şaxtyor"un şəhər filialının komandası ilə qarşılaşan Azərbaycan təmsilçisi böyük hesabla rəqibini məğlub edib.
Məlumat üçün bildirək ki,Əli Səmədov, Roman Hüseynov, Vüqar Əlibabayev və Ülvi İskəndərovun hərəyə vurduğu bir qolla U-15 4:0-lıq qələbəsini təmin edib.
Onu da əlavə edək ki, "Qəbələ" sonuncu yoxlama oyununu "Metallurq"un həmyaşıd komandası ilə keçirəcək.
Xatırladaq ki, matç martın 15-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB