Martın 6-dan 12-nə kimi Belqradda güləş üzrə Avropa çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, çempionatda iştirak edən azərbaycanlı idmançılar artıq vətənə qayıdıb. Bu gün Güləş Federasiyasında çempionatın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfrans zamanı Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov bildirib ki,çempionatdan vətənə 1 qızıl, 2 bürünc medal qazanıblar və ümumi hesabda üçüncü yerə layiq görülüblər.Onun sözlərinə görə, bu çempionat və o cümlədən Bolqarıstan, Finlandiya və Çində keçiriləcək çempionatlarının güləşçilərimiz üçün 2012-ci il London Olimpiyadasına lisenziya əldə etmək baxımından önəmlidir.
Daha sonra yığma komandanın baş məşqçiləri Saypulla Absaidov və Salih Bora çıxış edib. Salih Bora qeyd edib ki, Belqradda keçirilən Avropa çempionatına Azərbaycanın London Olimpiyadasına lisenziya əldə etmiş idmançılar digər ölkələrdən fərqli olaraq qoşulmayıb. Konfransın sonunda federasiyanın baş katib və yığma komandaların baş məşqçiləri jurnalistləri maraqlandıran suallara aydınlıq gətirib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB