İsveçrədən Alp dağlarında xizəkçilər arasında keçirilən fristayl (Free style) üzrə Dünya Çempionatı yarımçıq dayandırılıb. Buna 29 yaşlı kanadalı xizəkçi Nik Zoriçiçin ölümü səbəb olub. Dünyanın 10 ən yaxşı xizəkçisi siyahısına daxil olan Nik Zoriçiç ski-kross kateqoriyası üzrə yarışda finişə az qalmış sıçrama məsafəsində trassdan kənara çıxıb və məhdudlaşdırıcı çəpərə dəyib. Xizəkçi helikopterlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər Nik Zoriçiçin geniş neyrotravmadan öldüyünü bildiriblər.
İsveçrədə bu gün və sabaha planlaşdırılan bütün yarışlar təxirə salınıb. Yeganə tədbir idmançıların öz yoldaşlarının xatirəsini yad etmək üçün təşkil edəcəyi anım mərasimi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB