Könüllülük proqramının növbəti təqdimatı keçirilib

Könüllülük proqramının növbəti təqdimatı keçirilib

Ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, səfirliklər və digər idarələrdən sonra FİFA U-17 qadınlararası dünya çempionatın Yerli Təşkilat Komitəsinin nümayəndələri daha bir könüllülük proqramını keçirib. Siasport.az saytının məlumatına görə, bu dəfə ki təqdimat AFFA-nın inzibati binasında keçirilib. Qeyd edək ki, keçirilən tədbirdə 70-ə qədər gənc iştirak edib. Gənclərə dünya çempionatına hazırlıq barədə görülən işlər haqda məlumat verilib. Məlumat üçün bildirək ki, Könüllülük proqramının təqdimatında iştirak edən əksəriyyətini tələbələr təşkil edən gənclər FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu seçilmiş əslən xorvat olan əfsanəvi futbolçu Dario Şimiçlə də görüşüb.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə