Məşhur dünya futbolçusu artıq Bakıdadır

Məşhur dünya futbolçusu artıq Bakıdadır

Xəbər verdiyimiz kimi dünya şöhrətli əslən xorvatiyalı futbolçu Dario Simiç bu gün Bakıda bir sıra görüşlər keçirib. Siasport.az saytının məlumatına görə, Dünya Çempionatı 98-in bürünc mükafatçısı bu il Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq üçün Bakıdadır.

Məlumat üçün bildirək ki, əfsanəvi futbolçu bu gün AFFA-nın baş katib Elxan Məmmədovla Assosiasiyanın inzibati binasında görüş keçirib. Görüşün sonunda qonağa FİFA U-17 qadınlararası dünya Çempionatının emblemi əks olunmuş xalça təqdim edilib.

Qeyd edək ki, D.Simiç martın 4-ə qədər Bakıda olacaq və Azərbaycanda qadın futbolu ilə əlaqədar təşkil edilmiş bir sıra tədbirlərdə olacaq. Bundan başqa Azərbaycan yığmasının gürcü həmyaşıdları ilə keçirəcəyi oyunları izləyəcək.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə