AZAL yubiley qolunu vurdu

Unibank Premyer Liqasında AZAL 200-cü qolunu vurub. Siasport.az saytının məlumatına görə, premyer liqanın XXI turunda "Turan"la qarşılaşmadan əvvəl 199 qolu hesabında cəmləyən AZAL yubiley qolunu oyunun ilk dəqiqəsində rəqibin qapısından keçirib. Görüşdə dublunu rəsmiləşdirən Zohair Benouahinin ilk qolu komandaya yubiley qolunu bəxş edib.

Qeyd edək ki, vurulan 200-cü qolu ilə kifayətlənməyən AZAL futbolçuları, matçın sonuna kimi premyer liqadakı qol sayını 202-yə yüksəldib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə