\"Neftçi\"nin baş məşqçisi \"Rəvan\"ı təriflədi

\"Neftçi\"nin baş məşqçisi \"Rəvan\"ı təriflədi

Xəbər verdiyimiz kimi, \"Neftçi\" Peşəkar Futbol Klubu "Rəvan"la qarşılaşmasında qalib gəldikdən sonra klubunun baş məşqçisi Böyükağa Hacıyev fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, rəqibin heç də pis oynamadığını bildirən baş məşqçi oyun haqda bunları deyib:

\"Rəvan\" öz oyun üslubu olan komandadır. Qarşılaşmanın çətin keçəcəyini bilirdik. Əlverişsiz hava şəraiti də müəyyən mənada öz təsirini göstərdi. İlk hissədə qol vurmaq üçün kifayət qədər şansımız olsa da bunu reallaşdıra bilmədik. \"Rəvan\" da yaxşı müdafiə olundu. İkinci hissədə təzyiqi bir qədər artırdıq. Nəticədə vurduğumuz 1 qol həlledici oldu\".


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə