Unibank Premyer Liqasının XXI turu çərçivəsində "Sumqayıt" "İnter"in qonağı olacaq. Siasport.az saytının məlumatına görə, "Sumqayıt" komandası bu görüşə ciddi şəkildə hazırlığını davam etdirir. Bernhard Raabın rəhbərliyi altında səhər məşqlərini Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirən komanda axşam "Dalğa Arena"da hazırlaşacaq.
Qeyd edək ki, "Neftçi" ilə görüşdə zədələnən Samir Abasov fərdi məşqlərlə kifayətlənməli olur. Əməliyyatdan qayıdan Emil Balayevin isə gələn həftədən etibarən hazırlığa qatılacağı gözlənilir. Artıq bərpa prosesi başa çatmaqda olan Ruslan Qurbanov isə bu gündən etibarən məşqlərə başlayıb.
Məlumat üçün bildirək ki, oyunu aşağıdakı məşqçi heyəti idarə edəcək:
İnter – Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Munis
Abdullayev, Zeynal Zeynalov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz
Abdullayev
Hakim-inspektor: Əmir Zamanov
\"Şəfa\" stadionu. Saat 16:00
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB