Xəbər verdiyimiz kimi Azərbaycanın idman nümayəndələri İsveçrədə səfərdədir. Siasport.az saytının Azərbaycan Futbol Federasiyaları Assosasiyasının rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın daha bir nümayəndə heyəti Sürixdəki FİFA-nın mənzil qərargahında bu il ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı ilə əlaqədar olaraq görüş keçirib.
Məlumat üçün bildirək ki, tədbirdə turnirin yerli tərəfdaşları - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Xalq Bank və "Bakcell"in nümayəndələri iştirak edib.
Qeyd edək ki, keçirilən tədbirdə Yerli Təşkilat Komitəsinin sədri və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB