Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapellonun istefasından sonra, artıq bu posta kimin gətiriləcəyi ilə bağlı qızğın müzakirələrə start verilib. Siasport.az saytı xəbər verir ki, ingilis mətbuatı, İngiltərə Futbol Federasiyasının (İFF) daha çox əcnəbi futbol mütəxəssisini baş məşqçi sükanı arxasına gətirməyi planlaşdırdığını yazır. Bu namizədlər arasında ən realı isə Türkiyə millisinin sabiq baş məşqçisi Qus Hiddinq göstərilir.
İngilis mətbuatı yazır ki, Q.Hiddinqin baş məşqçi postuna gətirilməsini "Çelsi"nin prezidenti Roman Abramoviç də dəstəkləyib və federasiyadakı səlahiyyət sahibləri ilə hollandiyalının namizədliyini müzakirə edib. İngilis həmkarlarımız yazırlar ki, artıq İFF-də gələn həftənin sonuna qədər konkret namizədlərin müəyyənləşdirilməsi və qərar qəbul olunması barədə danışılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB