Xose Qvardiola: "Messinin ölüsü də qiymətlidir!"

Xose Qvardiola: "Messinin ölüsü də qiymətlidir!"
İspaniyanın "Barselona" futbol klubunun ötən tur "Valensiya" ilə qarşılaşmada 1:1 hesablı nəticə ilə iki xal itirməsi həm katalon klubunun azarkeşləri tərəfindən, həm də ispaniya mətbuatı tərəfindən ciddi müzakirə olunmaqdadır. Siasport.az saytı xəbər verir ki, həm mətbuat, həm də azarkeşlər "Barselona"nın ulduz futbolçusu Leonel Messinin təyin olunan penaltini düzgün vura biməməsini etirazla qarşılayıblar.
Amma komandanın baş məşqçisi Xose Qvardiola fikirləşir ki, L.Messinin penaltini düzgün yerinə yetirməməsi, onun futbolçu ustalığına kölgə salmır: "Messinin ölüsü belə rəqiblərimizlə mübarizədə bizə yetər. Sadəcə, son turlardakı xal itkilərimizin əsas səbəbi təkcə Messi deyil. Axı bir çox aparıcı futbolçuların zədəli olması istər istəməz komandanın oyununa mənfi təsir göstərir"-deyə X.Qvardioa bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə