Mehmet Ali Aydınların istefa verməsindən sonra, Türkiyə Futbol Federasiyasısının (TFF) prezidenti postuna daha bir iddialı namizədin adı məlum olub. Siasport.az saytı xəbər verir ki, bu hazırda UEFA-nın vitse prezidenti olan Şenes Erzikdir. Türkiyə mətbuatı xəbər verir ki, dünən axşam Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın yanında, qardaş ölkənin futbol qurumundakı vəziyyət müzakirə olunub və həmin toplantıda UEFA-nın vitse-prezidenti də iştirak edib. Türkiyə mətbuatı iddia edir ki, R.T.Ərdoğan keçirilən toplantı zamanı Ş.Erzikden türk futbolundakı xaosun aradan qaldırılması, nizam-intizamın təmin olunması üçün əməli işə keçməsini xahiş edib. Mətbuat iddia edir ki, Baş nazir UEFA-nın vitse prezidentinə TFF rəhbəri olmağı təklif edib və ondan hazırkı böhrandan çıxmaq üçün plan hazırlamağı rica edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB