Futbol üzrə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin yerli təşkilat komitəsinin üzvləri çempionatın bir neçə oyununun keçiriləcəyi Lənkərana səfər ediblər.
Siasport.az saytı AFFA-ya istinadən bildirir ki, səfərin məqsədi FIFA nümayəndələrinin noyabrdakı son səfərindən sonra hazırlanmış hesabata uyğun olaraq yerli təşkilat komitəsinin qarşısında qoyulmuş tələbləri yerində araşdırmaq və müvafiq şəkildə icra etməkdir. Səfər zamanı stadion, məşq meydançası, komandaların qalacağı mehmanxanalar və FIFA-nın müvəqqəti yerləşəcək regional baş ofisə baxış keçirilib, infrastruktur, marketinq, bilet satışı, könüllülərin idarə olunması və s. məsələlər müzakirə edilib.
Stadionun rəhbərliyinə FİFA-nın irəli sürdüyü tələblər çatdırılıb və qısa zamanda bu işlərin görülməsi üçün iş planının hazırlanması tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB