“Neftçi”nin veteranları jurnalistlərə qalib gəldilər

“Neftçi”nin veteranları jurnalistlərə qalib gəldilər
Bu gün "Bakı" futbol klubunun Təlim-Məşq Bazasında İdman Azərbaycan televiziya kanalının 3 illik yubileyi münasibətilə tədbir keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə əvvəlcə tanınmış musiqiçilərin ifasında bədii hissə nümayiş olunub. Sonra "Neftçi" klubunun veteran futbolçuları ilə İdman Azərbaycan televiziya kanalının, həmçinin digər KİV-lərin əməkdaşlarından təşkil olunmuş komanda arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 3:2 hesabı ilə "Neftçi"nin veteranlarının xeyrinə yekunlaşıb. Final fitindən sonra qarşılaşmanın hakimlərinə, o cümlədən hər iki komandanın üzvlərinə AFFA-nın hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə