Yanvarın 28-dən hazırlıqlara başlayan "Turan" bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə "Turan"ın rəhbəri Süleyman Tağıyev açıqlama ilə çıxış edib. O bildirib ki, komandada hazırda 28-30 futbolçu var:
"Asəf Qədiri, Xəyal Qarayev, Natiq Kərimi, Cavad Mirzəyev "Turan"ın heyətinə cəlb etdiyi yeni futbolçulardır. Gürcü legionerlər də komandanın düşərgəsindədir. Yanvarın 30-da "Şəmkir"lə, fevralın 1-də isə "Tərəqqi" ilə yoxlama oyunu keçirməyi və bir neçə yeni futbolçunu heyətə cəlb etməyi planlaşdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB