Dünən keçirilən daha bir qarşılaşma ilə İspaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, səfərdə \"Valensiya\"ya 1:4 hesabı ilə uduzan \"Levante\", doğma azarkeşləri önündə qapısından daha 3 cavabsız qol buraxaraq İspaniya Kuboku ilə vidalaşıb. Beləliklə rəqibini 3 cavabsız qolla məğlub edən \"Valensiya\" yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə \"Valensiya\"nın rəqibi \"Real\" (Madrid) klubunu mübarizədən kənarlaşdıran \"Barselona\" komandası olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB