İnyesta ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

İnyesta ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

Dünən "Nou Kamp"da əzəli rəqibi olan Madrid "Real"ı ilə qarşılaşan və iki oyunun nəticəsinə əsasən İspaniya Kubokunun finalına adlayan "Barselona"da ciddi problemlər baş qaldırıb. Siasport.az saytı xəbər verir ki, sən demə bu uğur katalon klubuna ucuz başa gəlməyib. Belə ki, "Real" ilə qarşılaşmada ciddi şəkildə zədələnən Andres İnyestanın ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Həkimlər futbolçunun zədəsini müayinə etdikdən sonra bu qərara gəliblər. Bu isə o deməkdlir ki, katalon klubu qarşıdakı vacib qarşılaşmalarda A,İnyestanın xidmətindən yararlana bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə