“The Atlantic Cities” nəşri Bakının 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına namizədliyi barədə yazıb

“The Atlantic Cities” nəşri Bakının 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına namizədliyi barədə yazıb
ABŞ-ın nüfuzlu "The Atlantic Cities" nəşrində dünyanın aparıcı araşdırma şirkətlərindən olan "TNS Global"ın keçirdiyi rəy sorğusu barədə yazı dərc edilib. Siasport.az saytı xəbər verir ki, yazıda Azərbaycan əhalisinin 95 faizinin Bakının 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyi xüsusi olaraq qeyd olunub. Nəşrdə qeyd edilib ki, Bakı ən azı əhalinin dəstəyi mənasında önə çıxmış şəhər təsiri bağışlayır. Digər namizəd şəhərlərdə əhali öz şəhərinə bu cür dəstək vermir. Məsələn, Tokioda bu göstərici 65 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə