Dünən İspaniya kral kubokunun 1/4 final qarşılaşmasında əzəli rəqibi olan \"Barselona\"ya 1:2 hesabı ilə məğlub olan Madrid \"Real\"ında, baş məşqçi Joze Maurinyo futbolçularının göstərdiyi oyundan razı qalıb. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisi, ilk növbədə türkiyəli futbolçu Hamit Altıntopun meydandakı futbol bacarığını xüsusi ilə qeyd edib. İspaniyalı həmkarlarımızla söhbətində H.Altıntopa təriflər yağdıran portuqaliyalı futbol mütəxəssisi, meydanda olduğu 90 dəqiqə ərzində türkiyəli futbolçunun öz işinin öhfədindən layiqincə gəldiyini də dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB