“Qəbələ”nin 13 yaşlı futbolçuları “Riga Open 2012”turnirində uğurla çıxış edirlər

“Qəbələ”nin 13 yaşlı futbolçuları “Riga Open 2012”turnirində uğurla çıxış edirlər
Xəbər verdiyimiz kimi, "Qəbələ" Futbol Klubunun 13 yaşa qədər futbolçulardan ibarət U-13 komandası Latviyaya "Riga Open 2012"turnirində çıxış etmək üçün səfər edib. Siasport.az saytı xəbər verir ki, ilk oyunda heç-heçə ilə razılaşan komanda bundan sonra artıq 2 komanda ilə görüşüb. Dünən gün ərzində 2 komanda ilə qarşılaşan "Qəbələ" futbolçuları hər iki görüşdə qələbə qazanıblar. U-13-ün ilk rəqibi yerli "Super Nova" klubu olub və yerli komandamız bu oyunun taleyini 3:1 hesabı ilə həll edib. Günün ikinci matçında isə "Qəbələ"nin rəqibi "Yelqava" olub və bu oyun da 5:1 hesabı ilə komandamızın qələbəsi ilə başa çatıb. Bu qarşılaşmanın favoriti Elvin İmanlı olub. O, 5 qolun 4-nü öz hesabına yazıb. E.İmanlı turnirdə vurduğu qolların sayını 6-ya çatdırıb. Məlumat üçün bildirək ki, qələbələrdən sonra aktivindəki xalların sayını 10-a çatdıran "Qəbələ" birinci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə