Qurban Qurbanov “Nou Kamp”da!
Xəbər verdiyimiz kimi "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov xarici klubların məşq prosesi ilə yaxından tanış olmaq üçün İspaniyanın "Barselona" klubuna səfər etmişdi. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, Q. Qurbanov artıq "Nou Kamp" stadionu ilə tanış olaraq, katalon klubunun texniki və infrastruktur imkanları barədə məlumat əldə edib. Lakin, baş məşqçinin klubda keçirdiyi görüşlər haqqında heç bir məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə