Bakıda mükafat fondu 93 min ABŞ dolları olan “Qış Kuboku” beynəlxalq turniri keçiriləcək

Bakıda mükafat fondu 93 min ABŞ dolları olan “Qış Kuboku” beynəlxalq turniri keçiriləcək

Yanvarın 13-15-də Novxanıdakı "Sərhədçi" Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı "Qış Kuboku" beynəlxalq turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Polşa, Türkiyə və Gürcüstan idmançıları iştirak edəcəklər. Türkiyə və İrandan dəvət olunmuş hakimlər heyətinin idarə edəcəyi turnirin ümumi mükafat fondu 93 min ABŞ dollarıdır. Tədbirin ilk günü açılış yarışı, ikinci gün vaxta qarşı yarış və sonuncu gündə isə Grand Prix mərhələsi keçiriləcək. İlk iki gündə iştitakçılar hündürlüyü 145 sm, Grand Prix mərhələsində isə maksimum hündürlük 140-160 sm olan maneələri dəf edəcəklər. 

Bütün xəbərlər Facebook səhifəmizdə