Finlər Sankt-Peterburqda Azərbaycan millisini rüsvay etdilər!

Finlər Sankt-Peterburqda Azərbaycan millisini rüsvay etdilər!
Azərbaycan futbolu daha bir acınacaqlı məğlubiyyət şousu yaşayıb. Siasport.az saytı xəbər verir ki, bu dəfə futbolçularımızı finlər Sankt-Peterburqda rüsvay ediblər.
Valentinin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununa çıxmağa əməlli-başlı peşman olub. Belə ki, "Peterburqski" İdman-Konsert Kompleksində Finlandiya yığması ilə qarşılaşan komandamız 7:0 hesabı ilə məğlub olub. Millimiz yanvarın 5-də Sankt-Peterburq şəhərinin komandası ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə