"Barselona" "Osasuna"ya futbol dərsi keçdi!

"Barselona" "Osasuna"ya futbol dərsi keçdi!
Dünən İspaniya Kubokunun 1/8 final mərhələsinin növbəti qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, son İspaniya çempionu olan "Barselona", La Liqanın ortabab klublarından sayılan "Osasuna"nı darmadağın edib. Katalon klubu, rəqibinin qapısından dörd cavabsız qol keçirərək, cavab qarşılaşmasına tam üstünlüklə yollanmaq şansı qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə