İstanbulun "Fənərbaxça" futbol klubu daha bir futbolçusu ilə yenicə başlanan qış fasiləsində vidalaşmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "sarı lacivərtlilər", futbol üzrə Türkiyə millisinin də heyətində çıxış edən Semih Şentürk ilə yolları ayırmaqda israrlıdır. Belə ki, keçən mövsüm İspaniyanın "Deportivo" futbol klubunun israrla heyətinə qatmaq istədiyi, amma "Fənərbaxça"nın ispan klubuna transfer olmasına qarşı çıxdığı S.Şentürk, meydanda əvvəlki futbol texnikasını ortaya qoya bilmədiyinə görə, xüsusi ilə son qarşılaşmalarda komandanın hücum xəttində heç nə ilə qala bilməməsinə görə, baş məşqçi tərəfindən əsas heyətdə məsələhət görülmür. Baş verənlərdən belə görünür ki, S.Şentürk artıq İstanbul klubu üçün ağır yükdən başqa heç bir əhəmiyyət daşımır. Belə ki, Türkiyə mətbuatı baş məşqçi Aykut Kocamanın da S.Şentürkün transferə çıxarılmasına müsbət yanaşdığını və klub rəhbərliyinin də futbolçu üçün bundan sonra gələcək bütün transfer təkliflərini gözdən keçirməyə hazır olduğunu yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB