Vüqar Həşimov 2011-ci ildə son medalını Pekində qazandı

Vüqar Həşimov 2011-ci ildə son medalını Pekində qazandı
Pekində Ümumdünya intellektual oyunları artıq başa çatıb. Siasport.az saytı xəbər verir ki, şahmat proqramına uyğun olaraq iştirakçılar üçüncü növdə - gözübağlı sürətli şahmat oyununda ən güclüləri müəyyənləşdiriblər. Oyunların üçüncü günündən sonra proqramın bu növündə azərbaycanlı Vüqar Həşimov, fransız Maksim Vaşye-Laqrav və macar Zoltan Almaşi eyni xal toplayıblar - 5 xal. Lakin əlavə göstəricilərə görə Azərbaycan qrossmeysteri bürünc mükafata layiq görülüb. Şəhriyar Məmmədyarov bu növ üzrə 3,5 xal toplayaraq 7-ci yeri tutub. Dünya çempionu çinli Xou İfan qadınların turnirinin qalibi olub. Beş turdan sonra onun aktivində 5,5 xal vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə