Dünən axşam Azərbaycan voleybolçuları üçün daha bir ğözəl qələbə ilə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, D qrupunda mübarizə aparan Bakının qadınlardan ibarət "Azərreyl" voleybol klubu, Çempionlar Liqası yarışlarının qrup mərhələsində növbəti oyununu keçirib və "Sərhədçi" Olimpiya İdman Mərkəzində qarşılaşdığı Türkiyənin "Vakıfbank" klubunu 3:0 (25:23, 25:21, 26:24) hesabı ilə məğlub edib.
Xatırladaq ki, Bakı təmsilçisi, bu mövsüm ilk görüşünü Rumıniyanın "Tomis Constanta" komandasına qarşı keçirib və rəqibini səfərdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. İkinci görüşdə Bakıda İtaliyanın "Berqamo" komandasına qarşı oynayan "Azərreyl" rəqibindən 3:1 hesabı ilə üstün olub. Hazırda turnir cədvəlində 9 xal ilə "Azərreyl" birinci, "Vakıfbank" 6 xal ilə ikinci, "Tomis Constanta" isə iki xalla üçüncü pillədə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB