Van Persi "Arsenal"ı qələbəyə daşıdı!

Van Persi "Arsenal"ı qələbəyə daşıdı!
Dünən İngiltərə Premyer Liqası çərçivəsində bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, London "Arsenal"ı "Emirates" stadionunda, Premyer Liqanın güclü klublarından olan "Everton"la qarşılaşıb. Olduqca dramatik və gərgin keçən qarşılaşmada Arsen Vengerin komandası, "Arsenal"ın 27 yaşlı hollandiyalı kapitanı Van Persinin qolu ilə qələbə qazanıb. Son günlər Premyer Liqada o qədər də stabil oyun nümayiş etdirə bilməyən "topçular", 125 illik yubileylərində "Everton"u məğlub etməklə, ən azından bir az da olsun rahat nəfəs ala biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə