Fatih Terimin qələbə sevinci qızını ağlattdı!

Fatih Terimin qələbə sevinci qızını ağlattdı!
İstanbulun "Qalatasaray" futbol klubu, dünən gecə əzəli rəqibi "Fənərbaxça"nı darmadağın etməklə, sözün əsl mənasında milyonlarla azarkeşini sevincə qərq etmiş oldu. Siasport.az saytı xəbər verir ki, "cim bom"un qələbəsinə sevinc göz yaşlarını saxlaya bilməyərək duyğulu anlar yaşayanlar arasında "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin qızı Buse Terim də varmış.
Belə ki, hazırda ABŞ-da təhsil alan Buse Terim, özünün Twitter səhifəsində atasına yazdığı məktubda bunları dilə gətirib:
"Bu axşam səninlə bir daha qürur duyuram əziz atam. Televiziyadan sənin həyacan dolu simanı və 50 min "Qalatasaray"lı azarkeşin sənə dikilən sevgi dolu baxışlarını izlədikcə, səninlə bir ata olaraq qürur duymamaq mümkünsüzdür. Sən bütün vaxtını, ailəni, istirahətini canın qədər sevdiyin "Qalatasaray"ın qələbəsinə sevindin. Sən bu sevgidən və sevincdən daha böyüyünə layiqsən".

Bütün xəbərlər Facebook səhifəmizdə