Ramin Musayev Mirça Rednikin istefasına münasibət bildirdi

Ramin Musayev Mirça Rednikin istefasına münasibət bildirdi
"Baxın, son dörd turdur çempionluğa oynayan "Xəzər Lənkəran" qələbə qazana bilmir. Bu mənada, mən "Xəzər Lənkəran" rəhbərliyinin qərarını doğru sayıram". Siasport.az saytı xəbər verir ki, bu açıqlama ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edib. "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednikin istefaya göndərilməsi ilə bağlı fikirlərini açıqlayan R.Musayev bildirib ki, əgər məşqçinin işi klub rəhbərliyini qane etmirsə, o, ya istefaya göndərilir, ya da məşqçi özü könüllü şəkildə vəzifəsini tərk edir: "Mən indi desəm ki, çempionatımızın səviyyəsi artır, bəziləri fikirləşəcək ki, özümüzü tərifləyirik. Amma klubların məşqçi dəyişikliyinə əl atması həm də onun göstəricisidir ki, çempionatda rəqabət var". R.Musayevin fikrincə, əgər Rednik özünü Azərbaycan Premyer Liqasında sübut etsəydi, o zaman yəqin ki, onu istefaya göndərməzdilər: "Baxın, son dörd turdur çempionluğa oynayan "Xəzər Lənkəran" qələbə qazana bilmir. Bu mənada, mən "Xəzər Lənkəran" rəhbərliyinin qərarını doğru sayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə