Futzal üzrə milli komandamız sabahdan Moskvada təlim-məşq toplanışı keçirəcək

Futzal üzrə milli komandamız sabahdan Moskvada təlim-məşq toplanışı keçirəcək
Sabahdan başlayaraq dekabrın 10-dək Rusiyanın paytaxtı Moskvada futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, toplanışa Marat Salyanski, Andrey Tveryankin, Rizvan Fərzəliyev, Felipe Ribeyro dos Santos, Vitali Borisov, Elnur Zamanov, Rəcəb Fərəczadə, Rüfat Balakişiyev, Jadder Dantas, Serjio Luis Maciel Lukas, Tyaqo Qabriel Rodriqes Paz, Vahib Xocayev, İlkin Hacıyev, Radik Əhmədov və Namiq Məmmədkərimov dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə