Səbət bəlli oldu, növbə rəqiblərindir

Səbət bəlli oldu, növbə rəqiblərindir
Avrobasket 2013-də iştirak edəcək Azərbaycan milli yığma komandasının səbəti bəlli oldu. Seçmə mərhələdə 31 komanda iştirak edəcək. Sloveniya turnirin ev-sahibi kimi, London Olimpiadasına vəsiqə qazanan Fransa, İspaniya, Böyük Britaniya, Litvada keçirilən Avropa çempionatında 3-6-ci yeləri tutan Rusiya, Makedoniya, Litva, Yunanıstan komandaları təsnifat mərhələsinə qatılmayacaqlar. Qalan 16 yer uğrunda altı səbətə bölünən 31 komanda mübarizə aparacaq. Seçmə mərhələnin oyunları 2012-ci il avgustun 15-dən sentyabırın 11-nə kimi baş tutmalıdır. Avropa çempionatın final mərhələsi sentyabırın 4-dən 22-nə kimi Sloveniyada keçiriləcək. Püşkatma dekabırın 4-də Almaniyanın Frayzinq şəhərində olacaq.

Birinci səbət: Serbiya, Türkiyə, Almaniya, Finlandiya, Gürcüstan, Xorvatiya

İkinci səbət: Ukrayna, Bolgarıstan, Polşa, Bosna-Hersogovina, İsrail, İtaliya

Üçüncü səbət: Çernoqoriya, Latviya, Belgiya, Portuqaliya, Macarıstan, İsveç

Dördüncü səbət: Çexiya, Estoniya, Hollandiya, İsveçrə, Avsriya, Azərbaycan

Beşinci səbət: Belarus, Slovakiya, Rumıniya, Albaniya, Luksenburq, Kipr

Altıncı səbət: İslandiya

Bütün xəbərlər Facebook səhifəmizdə