"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov mötəbər futbol festivalında - "Soccerex"də iştirak edəcək. Siasport.az saytı xəbər verir ki, "Soccerex"in icraçı direktoru Daniel Kperbs tərəfindən imzalanan dəvət məktubunda "Bakı" klubunun uşaq və yeniyetmə futbolu sahəsindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlər xüsusi vurğulanıb. İcraçı direktor məktubda H.Məmmədovu "Soccerex-2011"-də VİP qonaq simasında görməkdən məmnun olacağını yazıb. Noyabrın 26-30-da Rio de Janeyroda təşkil olunacaq futbol festivalında FİFA, Braziliya Futbol Federasiyası (CBF), "Çelsi" və "Milan" klubları, "Coca Cola", "Adidas" və "Sony "kimi şirkətlər yeni futbol texnologiyalarını nümayiş etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB