Cüdoçularımız Rusiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər
Noyabrın 18-21-də Rusiyanın Tümen şəhərində 23 yaşadək gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, qitə birinciliyində gənclərdən ibarət yığma komandanın məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında Vüqar Şirinli, Orxan Səfərov (hər ikisi 60 kq), Sərxan Əhmədov, Dilqəm Əliyev (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Rüstəm Alimli, Tural Səfquliyev (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (90 kq) və Turanə Seyidi (52 kq) mübarizə aparacaqlar. Yarışda ölkəmizi beynəlxalq dərəcəli referi Valeh Məhərrəmov hakim qismində təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB