İngiltərənin \"Tottenhem\" futbol klubunun toqolu futbolçusu Emmanuel Adebayor, yenidən Toqo millli komandasında forma geyməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, bir il yarımdan çoxdur ki, Toqo millidən kənarda qalan ulduz futbolçu, 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Keniya millisi ilə keçirilən qarşılaşmada 90 dəqiqə meydanda olub. Qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılan E.Adebayorun komandası, bununla da seçmə mərhələyə uğurla start verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB