Voleybol üzrə Azərbaycan yığması Danimarkaya 3:0 qalib gəldi - YENİLƏNİB
Bakıda qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsi keçirilir. Siasport.az idman portalının verdiyi məlumata görə, bu gün qrup mərhələsinin son oyunları baş tutub. İlk matçda Bolqarıstan millisinə uduzan Azərbaycan voleybolçuları bu dəqiqələrdə danimarkalı həmkarlarını sınağa çəkir.
Baş məşqçi Faiq Qarayevin yetirmələri yarımfinala yüksəlmək üçün danimarkalılara mütləq qalib gəlməli idilər. Oyun gözlənildiyi kimi Azərbaycan yığmasının üstünlüyü ilə keçib. Artıq yekunlaşan Danimarka – Azərbaycan oyunu voleybolçularımızın tam üstünlüyü ilə keçib və qızlarımız 0:3 hesabı ilə qalib gəliblər - (14:25, 22:25, 7:25).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB