Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Universal Döyüş Federasiyasının birgə təşkilatçılığı ilə Qusar şəhərində universal döyüş üzrə Avropa çempionatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, 26 ölkədən 160-dək idmançının iştirak etdiyi qitə çempionatında Azərbaycan yığması 2 heyətlə təmsil olunub. Ümumilikdə, AÇ-da ölkəmizin idaman şəfərini 36 idmançı qoruyur ki, onlardan 14-ü qız, 22-si isə kişilərdir.
Universal döyüş üzrə milli komandanın baş məşqçisi Fərhad Ocaqverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, yığmamız yarışa ciddi hazırlaşıb və komandamızı turnirin fovariti hesab etmək olar: "Turnirdə yığma komandamıza ilk qızıl medalı 65 kq çəki dərəcəsində mübarizə aparan Qəhrəman Xələfov qazandırıb. O, finalda Özbəkistanlı rəqibini məğlub etməklə fəxri kürsünun ən yüksək pilləsinə qalxıb".
Qeyd edək ki, bu, Azərbaycanda təşkil olunan sayca üçüncü Avropa çempionatıdır. Turnirin qalibləri gələn ay Moskva şəhərində təşkil olunacaq Dünya çempionatına vəsiqə qazanacaq.
Baba Xələfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB