İstanbulun "Beşiktaş" futbol klubunun qolkiperi olan Rüştü Rəncbər, bir sıra açıqlamalarla yenidən gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, təcrübəli əlcək ustası, türk klublarında kapitan sarğısının türk futbolçulara verilməsinin tərəfdarı olduğunu dilə gətirib. "TRT Spor" proqramına açıqlama verən R.Rəncbər deyib ki, o əcnəbilərin kapitanlıq sarğısını daşımalarına qarşıdır:
"Çünki, əcnəbi kapitanlar yerli oyunçuların psixologiyasını və düşüncələrini bilmirlər. Məsələn, bizdə Quti kapitandır. Əla da futbolçudur. Amma klub daxilində problem olan kimi türk futbolçularla biz dil tapıb məsələni yoluna qoyuruq. Ümumiyyətlə istrə türk klublarında, istərsə də Milli komandada komandanın kapitanı türk olmalıdır"-deyə R.Rəncbər fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB