"Fənərbaxça" Əmrə Belazoğlu ilə müqavilənin müddətini niyə uzatmır?

"Fənərbaxça" Əmrə Belazoğlu ilə müqavilənin müddətini niyə uzatmır?
İstanbulun "Fənərbaxça" futbol klubu, Əmrə Belazoğlu ulə bağlı rəsmi açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Türkiyə millisinin də üzvü olan ulduz futbolçu ilə gələn ilin mayında bitəcək müqavilənin uzadılıb-uzadılmayacağı, "Fənərbaxça"nın 2012-ci ilin may ayında keçiriləcək konfransından sonra aydınlıq gətiriləcək. Türkiyə mətbuatı isə yazır ki, texnikalı və əzmkar futbolu ilə seçilən Ə.Belazoğlu, digər bir İstanbul nəhəngi olan "Qalatasaray"ın da diqqət mərkəzindədir. Belə ki, Türkiyə mətbuatı, ulduz futbolçunun futbol üzrə Türkiyə millisinin sabiq baş məşqçisi olan Fatih Terimin sevimli futbolçularından olduğunu, Ə.Belazoğlunun da "imperator"un rəhbərliyi altında çalışmağa olduqca isti yanaşdığını və sonda "Fənərbaxça" rəhbərliyinin də bundan çox narahat olduğunu da yazdıqlarına əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə