Türkiyədə təlim məşq toplantısı keçirən paytaxt klubu "Bakı" 5 oktyabrda vətənə dönüb. Siasport.az saytı xəbər verir ki, təlim-məşq toplantıları ilə bərabər bir neçə yoldaşlıq görüşü də keçirən komanda "Macron Cup 2011" turnirində də iştirak edib. İlk dəfə olaraq keçirilən və bundan sonra hər il keçirilməsi nəzərdə tutulan yarışda "Challenge Cup"da debüt edəcək "Bakı" klubu "Barutlar İnşaat Çerkezköy"ü 3:0 hesabı ilə məğlub edib. İki setdə ardıcıl olaraq 25:17 hesabı ilə qələbə qazanan qızlarımız üçüncü hissədə 25:23 hesabı ilə rəqibdən üstün olaraq "Macron Cup 2011" turnirinin qalibi olub.
Onu da qeyd edək ki, 8-i və 9-u oktyabrda "Bakı" klubu "Challenge Cup"da ilk rəqibi olan Kiprin "Aruji Anorthosis Famagusta" klubu ilə qarşılaşacaq. Hər iki matç paytaxtımızda keçiriləcək. Artıq oyunu idarə edəcək hakimlərinin adları da açıqlanıb. İlk matçda oyunu idarə edəcək baş hakim rusiyalı Olqa Zaxarova, köməkçi hakim isə ukraynalı Medved Mixaylo olacaq. Bir gün sonra keçiriləcək cavab oyununda isə hakimlər yerlərini dəyişəcəklər: Mixaylo baş hakim, Zaxarova köməkçi referi olacaq.
Paytaxt klubu birinci mərhələdə qalib gələrsə ikinci mərhələdə Fransanın "EVREUX VB" klubu ilə qarşılaşacaq.
"Challenge Cup"da çıxış edəcək daha bir klubumuz olan "Lokomativ" isə mübarizəyə II turdan qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB