Gənc qapıçı Aqil Məmmədov Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabr ayının 7-də Avstriya və 11-də Türkiyə ilə keçiriləcək oyunlarına dəvət alıb. Siasport.az saytı xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan milli komandasına dəvət olunan Emin Cəfərquliyev və Novruz Məmmədov isə Bakıda iki oyuna çıxacaqlar. Adıçəkilən futbolçular oktyabr ayının 6-da Norveçi, 10-da isə Belçikanı qəbul edəcək milli komandamızın heyətində oynamaq şansı qazanacaqlar.
"Bakı"nın baş məşqçisi Aleksandr Starkov, Denis İvanovs və Maris Verpakovskis Latviya milli komandasının şərəfini qoruyacaqlar. Latviya millisi Avro-2012 seçmə mərhələ oyunlarında Malta və Xorvatiya ilə qarşılaşacaq.
Komandanın daha bir üzvü Deyvidas Cesnauskis Litva milli komandasının heyətində Çexiyaya qarşı keçiriləcək oyuna hazırlaşır.
Moldova milli komandasının üzvü Vadim Borets Hollandiya və San Marino, Syena Leone milli komandasının aparıcı oyunçularından biri olan İbrahim Karqbo isə Cənubi Afrika Respublikası ilə keçiriləcək oyunda meydana çıxa bilər.
"Bakı"nın digər bir hücumçusu Uiston Parks Kosta Rika milli komandasına dəvət olunub. Parks milli komandada oktyabr ayının 7-də Braziliya, 11-də isə Kubaya qarşı oyunlarda forma geyinmək şansı qazanıb.
Sonda onu da əlavə edək ki, "Bakı"nın gənc futbolçuları Nurlan Novruzov və Rəhman Hacıyev 19 yaşlılardan ibarət milli komandanın düşərgəsindədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB