Fatih Terim “Qalatasaray”lı futbolçuları ağır məşq prosesinə cəlb edir

Fatih Terim “Qalatasaray”lı futbolçuları ağır məşq prosesinə cəlb edir
Fatih Terim artıq futbolçulara qarşı sərt təlim-məşq toplanışları tətbiq etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ın 57 yaşlı baş məşqçisi, "Ankaragücü" qarşısında alınan 3:0 hesablı qələbədən yamanca ruhlanaraq, komandanın üzvlərinin fiziki gücünü artırmaq, onların yeni oyun sisteminə uyğunlaşmasını sürətləndirmək üçün təlim məşq prosesində ciddi dəyişiklərə əl atmaq qərarına gəlib. Türkiyə mətbuatı yazır ki, "imperator" bu cür metoda əl atmaqla, hər şeydən əvvəl "Qalatasaray"lı fitbolçuların qarşıdakı çətin qarşılaşmalara fiziki hazırlığını artırmaq məqsədi güdür.

Bütün xəbərlər Facebook səhifəmizdə