Roberto Karlos: "Vaqif Sadıqov və Arsen Akayevlə də münasibətlərim əladır"-AÇIQLAMA

Roberto Karlos: "Vaqif Sadıqov və Arsen Akayevlə də münasibətlərim əladır"-AÇIQLAMA
"Mənim Andrey Qordeyevlə çox gözəl münasibətlərim var. Həmçinin də Vaqif Sadıqov və Arsen Akayevlə də münasibətlərim əladır". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Anji"nin ulduz futbolçusu Roberto Karlos deyib.
Hacı Hacıyevin istefasından sonra "Anji" Andrey Qordeyevə tapşırılıb. Karlos isə oynayan-məşqçi kimi məşqçilər korpusunda yer alıb. Mahaçqala klubunun rəhbərliyi Vaqif Sadıqovu da komanda da saxlayıb.
Karlos Joze Mourinyodan məsləhət alacağını bildirib: "Hələ özümü məşqçi hiss etmirəm. Üstəlik, müqaviləm əvvəlki - futbolçu kimidir. Qarşıma məşqçilər korpusuna kömək etmək məqsədi qoymuşam. Mənim üçün Andreylə tandem əsas olacaq. O, peşəkar məşqçidi, yetərincə zəngin təcrübəsi var. Artıq 22 ildi peşəkar futboldayam. Joze Mourinyo ilə əlaqə saxlamaq istəyirəm ki, o, öz məşqlərindən hazırlanmış DVD diskləri mənə göndərsin. Fikrimcə, bu "Anji"nin taktiki və texniki hazırlığında böyük rol oynaya bilər".//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə