"Bate"nin futbolçuları Leonel Messinin futbolkası üstündə dalaşıblar…

"Bate"nin futbolçuları Leonel Messinin futbolkası üstündə dalaşıblar…
Dünən gecə keçirilən UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Barselona"-"Bate" görüşü, təkcə katalon klubunun 5:0 hesablı qələbəsi ilə yadda qalmayıb. Siasport.az saytı xəbər verir ki, Belarus təmsilçisinin futbolçuları, bütün ölkənin adına ləkə gətirən bir işə "imza" atıblar.
Sən demə adlı-sanlı rəqibinə layiqli müqavimət göstərmək, var gücü ilə mübarizə aparıb nəyə qadir olduğunu ortaya qoymaq barədə fikirləşmək əvəzinə, "Bate"li futbolçular, oyundan əvvəl kimin "Barselona"nın ulduz futbolçusu Leonel Messinin futbolkasını ələ keçirəcəyi barədə dava-dalaş salıblar. Məlumata əsasən, hətta bu halın şahidi olan klub rəhbərliyi də futbolçuları utandıran sözlər deyərək, onları bu utandırıcı addımdan geri çəkilməyə, ən azı öz futbolçu adlarını alçaltmamağa dəvət edib. Lakin görünən odur ki, belaruslu futbolçulara "Bate"nin qələbə qazanması deyil, L.Messinin futbolkasını ələ keçirmək daha çox lazım imiş.

Bütün xəbərlər Facebook səhifəmizdə