Andre Boaş "Fənərbaxça"nın futbolçusuna "elçi düşüb"

Andre Boaş "Fənərbaxça"nın futbolçusuna "elçi düşüb"

İngiltərənin "Çelsi" futbol klubunun portuqaliyalı baş məşqçisi Andre Boas, İstanbulun "Fənərbaxça" futbol klubunun forvardı Gökhan Könülə "elçi düşüb". Siasport.az saytı xəbər verir ki, 33 yaşlı portuqaliyalı gənc futbol mütəxəssisi, "Fənərbaxça"nın futbolçusunu qış transfer dövründə "zadəganların" heyətində görmək istəyir. Türkiyə mətbuatı iddia edir ki, baş məşqçinin istəyi ilə Roman Abromoviçin nümayəndələri İstanbula gələrək "Fənərbaxça" rəhbərliyi ilə danışıqlar aparmağa hazırlıq görürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə