Aleks Fergusyon "Fənərbaxça"ya rüsvayçı məğlubiyyəti niyə xatırladı?
Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Old Trafford"da "Bazel"lə keçirdiyi qarşılaşmada canını məğlubiyyətdən güclə qurtaran "Mançester Yunayted", azarkeşlərini üzməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, sən demə, "Bazel"lə keçiriləcək qarşılaşmadan əvvəl "qırmızı şeytanlar"ın baş məşqçisi Alkes Fergusyon, futbolçuları ilə söhbətində 2004-cü ildə İstanbulda "Fənərbaxça"ya 0:3 hesablı məğlubiyyəti yada salaraq, bir daha belə bir uğursuzluq yaşanmasını istəmədiyini deyib və hər kəsi məsuliyyətli olmağa çağırıb. Amma görünən odur ki, dünənki qarşılaşmada son İngiltərə çempuonu, yalnız oyunun son dəqiqələrində canını məğlubiyyətdən güclə qurtara bildi. A.Fergusyonun İstanbulu və "Fənərbaxça"nı yada salması sən demə əbəs yerə deyilmiş. Yazıq A.Fergusyon başına gələcəkləri elə əvvəlcədən görürmüş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB