"Qarabağ" klubunun hücumçusu Rauf Əliyev Türkiyədən şad xəbərlə qayıdıb. Siasport.az saytı xəbər verir ki, "Xəzər Lənkəran"la oyununda Elnur Allahverdiyevlə mübarizədə zədə alan futbolçunun 2 ay yaşıl meydançalardan kənarda qalacağı gözlənilsə də, Türkiyədə Raufa şad xəbər verilib. Belə ki, onun ən qısa zamanda futbol oynamasında problem qalmayıb. Futbolçunun özü də bildirib ki, bu gündən komanda ilə birgə hazırlığını bərpa edəcək. R.Əliyev həmçinin Əgər Berti Foqts dəvət göndərsə,o Avstriya və Türkiyə millilərinə qarşı oyunlarda meydana çıxmağa hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB